"Araz-Naxçıvan"da 3 ciddi itki
10.03.2024 - 00:48
!["Araz-Naxçıvan"da 3 ciddi itki](https://apasport.az/storage/news/2024/march/10/big/65eccb4cc141965eccb4cc141a171001735665eccb4cc141765eccb4cc1418.jpg)
Misli Premyer Liqasının XXVI turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” matçdamn qabaq son məşqini keçirib.
Apasport.az xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Muhammed Kadiri iştirak etməyib.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş CBC Sport-la canlı yayımlanacaq.
0
0