![Ardıcıl 5-ci dəfə](https://apasport.az/storage/news/2022/june/14/big/62a83736d4dad62a83736d4dae165519135062a83736d4daa62a83736d4dac.jpg)
Dünya çempionatına 31-ci vəsiqənin sahibi olan Avstraliya mundilalların daimi iştirakçısına çevrilir.
Apasport.az saytının məlumatına görə, Asiya zonasında çıxış edən “yaşıl qitə” təmsilçisi ardıcıl 5-ci dəfə dünya çempionatına qatılacaq.
Avstraliyalıların bu seriyası 2006-cı ildə başlayıb. Onlar 2010, 2014 və 2018-ci ildə də mundiala yüksələ bilib. Əvvəlki yarışlarda yalnız 1974-cü ildə belə uğuru olan komanda son 16 ildə 5-ci, ümumilikdə 6-cl dəfə bu yarışda oynayacaq.
Qeyd edək ki, Avstraliya bu hüquqa qitələrarası pley-offda Perunu məğlubiyyətə uğradaraq (0:0, pen.5:4) nail olub.