![Avropa çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır](https://apasport.az/storage/news/2024/november/13/big/6734489caa65d6734489caa65e17314797086734489caa65b6734489caa65c.jpg)
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, VII qrupda yer alan komanda İslandiya ilə üz-üzə gələcək.
Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi
VII qrup
13 noyabr
14:00. Azərbaycan – İslandiya
Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).
Kişinyov, "Zimbru-2" stadionu.