Avropa çempionatı: Azərbaycan yığması son oyuna çıxacaq - YENİLƏNİR
14.10.2025 - 11:13
Avropa çempionatı: Azərbaycan yığması son oyuna çıxacaq - YENİLƏNİR

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.

14 oktyabr

17:00 Azərbaycan (U-17) – Rumıniya (U-17)