“Qalatasaray” Salahla maraqlanır
14.10.2025 - 14:18
“Qalatasaray” Salahla maraqlanır

“Qalatasaray” “Liverpul”un hücumçusu Məhəmməd Salahla maraqlanır və transferini düşünür.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu qış transfer pəncərəsində misirli futbolçunu heyətinə qatmağa çalışacaq.

Bu arada, “Liverpul”un Salahla gələn mövsümün sonuna qədər müqaviləsi olmasına baxmayaraq, onu satmağı düşünür. İngiltərə klubunun forvardın maksimum qiymətini təmin etmək üçün təklifləri dinləməyə hazır olduğu bildirilir.

Salahın özü isə Çempionlar Liqasında “Qalatasaray”la matçdakı ab-havaya heyran olub və hətta İlkay Gündoğandan Türkiyə klubunun hər ev oyununda tribunadakı enerjinin həqiqətən belə olub-olmadığını soruşub.

33 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 9 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.