![Avropa çempionatında yeni duet – Ritter və Brikalov yığmamızda](https://apasport.az/storage/news/2023/january/17/big/63c648e75568e63c648e75568f167393917563c648e75568a63c648e75568c.jpg)
Fiqurlu konkisürmə üzrə Avropa çempionatının iştirakçılarının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Finlandiyanın Espoo şəhərindəki yarışda Azərbaycan yığması da təmsil olunacaq.
Ölkəmizin təmsilçiləri iki növdə sifariş olunub. Yanvarın 23-dən 29-dan keçiriləcək yarışda kişilərin mübarizəsində Vladimir Litvintsev buz üzərinə çıxacaq. O, karyerasında 4-cü dəfə Avropa çempionatına qatılacaq.
İdman rəqslərinin yarışında isə Samanta Ritter və Daniel Brikalov mübarizə aparacaq. Duet ilk dəfə qitə çempionatında çıxış edəcək.
Qeyd edək ki, 2022-ci ildə Avropa çempionatında Azərbaycandan Vladimir Litvintsev, Yekaterina Ryabova və Yekaterin Kuznetsova/Aleksandr Kolossovski dueti iştirak edib.