Avropa Liqasında yerdəyişmə
24.11.2023 - 11:33
![Avropa Liqasında yerdəyişmə](https://apasport.az/storage/news/2023/november/24/big/656051f67d747656051f67d7481700811254656051f67d745656051f67d746.jpg)
Avropa Liqasının “Makkabi” – “Renn” oyununun yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə qərarı UEFA verib.
Qrup mərhələsinin V turunun görüşü öncədən nəzərdə tutulduğu kimi Belqrad deyil, Budapeştdə baş tutacaq. Buna səbəb Rayko Mitiç stadionunun qarşılaşma üçün hazır olmamağıdır.
Qeyd edək ki, “Puşkaş Arena”da keçiriləcək matç noyabrın 30-da boş tribunalar önündə təşkil olunacaq.
0
0