Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan yığmasının bayraqdarı bəlli oldu
02.07.2023 - 17:29
Azərbaycan yığmasının III Avropa Oyunlarının bağlanış mərasimindəki bayraqdarı bəlli olub.
Apasport.az saytının məlumatına görə, tədbirdə ölkəmizin bayrağını boksçu Məhəmməd Abdullayev daşıyacaq.
92 kq çəkidə çıxış edən idmançımız Avropa Oyunlarının gümüş mükafatını və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziya qazanıb. O, bu gün Krakov şəhərində təşkil olunacaq bağlanış mərasimində millinin bayraqdarı olacaq.
Qeyd edək ki, Krakov-2023 III Avropa Oyunlarında bayraqdarları kamandan oxatan Yaylagül Ramazanova və qılıncoynadan Barat Əliyev olub.
- Messinin komandası rəqibini darmadağın etdi - 5:1
- Ozobiçdən növbəti uğur: "Qəbələ", "Qarabağ", indi də "Neftçi"də
- Avarçəkənimiz “Prezident Kuboku 2024”-də qızıl medal qazanıb
- BOK bəyanat yaydı: “Rusiya ilə Belarus idmançıları yarışlara buraxılmasın”
- “Trabzonspor”un müdafiəçisi İtaliya klublarının radarında
0
0