Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.
Apasport.az xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.
Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.
Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da Koroğlu metrostansiyasının qarşısından Xankəndiyə yola düşəcək.
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- Renatın komandasında portuqaliyalı hücumçu
- Azərbaycan millisində baş məşqçi dəyişikliyi – YENİ TƏYİNAT
- ABL: VII turun növbəti görüşləri keçiriləcək
- Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb - FOTO