Misli Premyer Liqasının XXXIV turunun "Kəpəz" - "Sumqayıt" matçından (1:0) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq uşaqlar yaxşı mübarizə apardılar. Bütün "Kəpəz" camiəsini təbrik edirəm".
- Komanda Premyer Liqada qalmağı təmin etmişdi. Dünən həm də klubun yeni sponsoru açıqlandı. Bu amillərin komandanın motivasiyasına təsiri oldu?
- Hər ikisi ola bilər. Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi.
- Növbəti mövsümün planları cızılmağa başlayıb?
- Yaxın vaxtlarda bu sualların hamısına cavab verəcəyik.
- “Fənərbaxça”dan seriyaya davam, “Beşiktaş”dan acı məğlubiyyət
- Ayxan Abbasov: "Futbolun gələcəyini düşünən bizi dəstəkləyir"
- "Siti"dən möhtəşəm "come back", "Borussiya"dan vacib 3 xal - Yenilənib
- "Turan Tovuz" legioneri ilə müqavilənin müddətini uzadıb
- Rəşad Sadıqov: “Bu amil üzərimizdəki təzyiqi daha çox artırırdı” - VİDEO