Azər Bağırov: “Əsas üstünlüyümüz budur”
20.09.2026 - 21:09
Azər Bağırov: “Əsas üstünlüyümüz budur”

Misli Premyer Liqasının VI turunda "Şamaxı" "Araz-Naxçıvan"ı qəbul edib - 2:1.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

"Çətin oyun oldu. Bilirdik və gözləyirdik ki, "Araz-Naxçıvan" daha çox hücum edəcək. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni çox üzür. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. "Şamaxı" azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm".

- Qələbədə əsas pay sahibi Rikardo Fernandes idi?
Həqiqətən bir ailə olmaq lazımdır. Qələbəmizdə ehtiyatda oturan futbolçunun bəlkə də meydançadakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur.