"Maraqlı oyun alındı. "Qəbələ" də, "Kəpəz" də daim hücumda idi. Yenə qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusunu olaraq bizi yorur. Bugünkü oyun 9 xala bərabər idi. Həm "Qəbələ"ni keçdik, həm də "Karvan-Yevlax"dan uzaqlaşdıq".
Apasport.az xəbər verir ki, bu sözləri “Kəpəz” in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunun "Qəbələ" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Yusif İmanovun oyunu sizi qane edir?
- Yusif 1 ildən çoxdur ki, oynamırdı. Meydanda olduğu matçlarda komandaya kömək edir. Səhvlər qaçılmazdır. Oyundan-oyuna daha yaxşı olur.
- Ohorinin oyununu necə dəyərləndirirsiz?
- Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir. Sevindirici hal odur ki, bir oyunçu inkişaf edir. Ohori də onlardan biridir. Onu bir çox mövqedə oynadırıq. O da öhdəsindən gəlir.
- Luis Paçunun ehtiyatda olmasının səbəbi nə idi?
- Taktiki qərar idi. "Qəbələ" arxadan topla çıxmağı yaxşı bacarıır. Ehtiram Şahverdiyev öndə daha yaxşı pressinq edir. Ona görə start heyətində ona şans verdik.
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- Sumoçularımız Avropa çempionatında 11 medal qazandılar
- Blaqoya Milevski: “Hamımız üçün gözəl sillə oldu”
- Türkiyə Super Liqasında 2025/26 mövsümünün başlanacağı tarix açıqlanıb
- Rüstəm Əliyev: "Hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”