![Azər Salahlı 3 ay oynamayacaq](https://apasport.az/storage/news/2022/august/12/big/62f670670451162f6706704512166031779962f670670450e62f6706704510.jpg)
“Neftçi”nin futbolçusu Azər Salahlının durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnərək əvəzlənən futbolçu klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. Həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.
Cərrahi əməliyyat yaxın günlərdə sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.