Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
02.05.2025 - 10:22

Gənclər arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyi davam edir.
Apasport.az xəbər verir ki, yarışın növbəti mükafatları öz sahiblərini tapıb.
Qızlar kiçikçaplı tapançadan 25 m məsafəyə atəş açmaqda mübarizə aparıblar.
Snayperlərin yarışında Sofiya Barxalova hamıdan sərrast olub. Əminə Ömərova ikinci yeri tutub. İlk “üçlüy”ü Xalidə Əliyeva qapayıb.
0
0