Ötən mövsüm Azərbaycan II liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçularla müqavilələrə xitam verilib: “Geridə qalan mövsümlər ərzində Şahdağın adını futbolumuzun zirvəsinə yazdırmaq üçün ortaya qoyduğunuz əzmkarlıq və fədakarlıq heç zaman unudulmayacaq. “Şahdağ Qusar” Futbol Klubu olaraq bütün futbolçu heyətinə təşəkkürlərimizi bildirir, gələcək karyeralarında uğurlar arzulayırıq”.
Bundan başqa, yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi də vurğulanıb.
Qeyd edək ki, “Şahdağ Qusar” II liqada çempion olmaqla, I liqaya vəsiqə qazanmışdı.
- İngiltərə növbəti mövsüm 8 klubla yarışacaq
- "Şamaxı" ölkə çempionunun qolkiperini istəyir - Özəl
- “Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
- “Qarabağ”a qol vuran futbolçu “Mançester Siti” və “Çelsi”nin hədəfində
- Qara Qarayev: “Azərbaycan futboluna layiq olmağa çalışmışam”