Azərbaycan çempionunun 1 yaşlı oğlu vəfat etdi
28.07.2022 - 14:19
![Azərbaycan çempionunun 1 yaşlı oğlu vəfat etdi](https://apasport.az/storage/news/2022/july/28/big/62e262d0da6f862e262d0da6f9165900360062e262d0da6f562e262d0da6f6.jpg)
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı təcrübəli müdafiəçinin formasını geyindiyi Plotsk “Visla”sı rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, Yakub Jezniçak - Maqdalena Stepyen cütünün körpəsi 1 yaş 10 günlüyündə ölüb. Buna səbəb onun qaraciyər xərçəngindən əziyyət çəkməsi olub. O, İsraildə müalicə aldığı klinikalardan birində vəfat edib.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib və 2 dəfə Azərbaycan çempionu olub.
0
0