Azərbaycan futbolunun əfsanələri arasında oyun keçirilib
19.05.2025 - 23:24
Azərbaycan futbolunun əfsanələri arasında oyun keçirilib

Bu gün Milli Gimnastika Arenasında "Legends Cup" çərçivəsində yoldaşlıq minifutbol oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Neftçi 2000-ci illər” komandası “Premyer Liqa məşqçiləri” komandası ilə qarşılaşıb və əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Neftçi 2000-ci illər” uduzub – 2:3.

Oyunda qolları Əfran İsmayılov (“Premyer Liqa məşqçiləri”) və Rəşad Sadıqov (“Neftçi 2000-ci illər”) vurublar. Qalibiyyəti gətirən penalti zərbəsini isə Rəşad Sadıqov (“Premyer Liqa məşqçiləri”) dəqiq yerinə yetirib.

“Neftçi 2000-ci illər” veteranlarının baş məşqçisi Ağasəlim Mircavadov, “Premyer Liqa məşqçiləri”in isə Kurban Berdıyev olub.

Qeyd edək ki, oyun saat 20:00-da başlayıb və Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunub.