Azərbaycan güləşçisi Avropa 2-cisi oldu
14.03.2023 - 22:29
![Azərbaycan güləşçisi Avropa 2-cisi oldu](https://apasport.az/storage/news/2023/march/14/big/6410be92831d36410be92831d416788189626410be92831d16410be92831d2.jpg)
Azərbaycan güləşçisi Xasay Həsənli (77 kq) Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatında gümüş medalla kifayətlənib.
Apasport.az xəbər verir k, ötən il analoji yarışın qalibi olan pəhləvanımız moldovalı Aleksandrin Qutuya 3:6 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
Sərxan Məmmədov (130 kq) isə bürünc medal uğrunda görüşdə türkiyəli Muhammet Hamza Bakıra 0:4 hesabıyla uduzaraq 5-ci yerlə kifayətlənib.
0
0