Azərbaycan hakimləri seçmə mərhələdə
16.10.2023 - 15:21
![Azərbaycan hakimləri seçmə mərhələdə](https://apasport.az/storage/news/2023/october/16/big/652d1b2fea4fe652d1b2fea4ff1697454895652d1b2fea4fc652d1b2fea4fd.jpg)
Azərbaycanlı FİFA referiləri UEFA-dan təyinat alıblar.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
FİFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar. İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-dək təşkil ediləcək.
Qeyd edək ki, bu qrupun oyunları İtaliyada keçiriləcək.
0
0