
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər.
Apasport.az saytının məlumatına görə, “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) 2022-ci ilin idmançı və komandaları arasında səsvermə keçirir.
Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda iştirak edir. Bu iştirakçıların hamısı ötən ilin 7-17 iyul tarixlərində ABŞ-n Birminqem şəhərində (Alabama ştatı) keçirilmiş XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.
Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də V İslam Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir. Hər 24 saatdan bir 2 idmançıya səs vermək olar. Birinci səs verdiyiniz idmançıya səs 2, ikinci səs verdiyiniz atletə 1 olaraq hesablanır.
İlkin səsvermə sabah başa çatacaq. Əgər idmançımız ilk 10-luğa düşsə, ikinci səsvermə mərhələsinə adlayacaq. İkinci mərhələ yanvarın 31-dək davam edəcək. İlin idmançısı və komandasına pul mükafatı və hədiyyə veriləcək.
- “Abşeron”un baş məşqçisi: “Sabah”a qarşı oyunu çevirmək mümkünsüz idi”
- Azər Əliyev: “Tezliklə millidə debüt edəcəyimə inanıram” - MÜSAHİBƏ
- Millətlər Liqasının final görüşü bu kanalda yayımlanacaq
- Andrade üçün Bakıya gəldilər - Qışda "Qarabağ"ı tərk edə bilər
- “Qarabağ”ın qrupa düşməsinin qazancı - 3 milyon 630 min avro