İran FIFA-ya şikayət edəcək - Yığmaya yenə məhdudiyyət qoyuldu
19.06.2026 - 21:27
İran Futbol Federasiyası FIFA-ya şikayət etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, buna 2026-cı il dünya çempionatında İran millisinə tətbiq olunan məhdudiyyətlər səbəb olub.
G qrupunda bazar günü Belçika ilə qarşılaşacaq İran yığmasının Los-Ancelesə yalnız oyundan 24 saat əvvəl gəlməsinə icazə verilib.
Federasiya bu qərarın komandanın hazırlıq prosesinə mənfi təsir etdiyini düşünür və məsələ ilə bağlı FIFA-ya rəsmi müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, İran ilk turda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.
- Superliqanın bərpasına 1 gün qalmış: “Qalatasaray”ın “Beşiktaş”dan fərqi
- Qurban Qurbanov: “Bizim üçün narahat olacaq nüans yoxdur”
- Yankoviç və Veşoviç oynadı, Monteneqro qələbə QAZANDI
- "Kəpəz"in baş məşqçisi: "Hədəf mehriban kollektiv yaratmaqdır" - MÜSAHİBƏ
- "Mingəçevir"də kompensasiya problemi: Məmmədovun gedişi maya qaldı
0
0