Azərbaycan - İngiltərə oyununun stadionu açıqlandı
23.01.2024 - 12:56
![Azərbaycan - İngiltərə oyununun stadionu açıqlandı](https://apasport.az/storage/news/2024/january/23/big/65af7b4dc03c465af7b4dc03c5170599918165af7b4dc03c065af7b4dc03c2.jpg)
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq.
Hər iki oyun “Azersun Arena”da keçirləcək.
Qeyd edək ki, qarşılaşmaların saatı hələ dəqiqləşdirilməyib.
0
0