Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb
12.08.2024 - 18:32
![Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb](https://apasport.az/storage/news/2024/august/12/big/66ba1d03619e566ba1d03619e6172347315566ba1d03619e366ba1d03619e4.jpg)
UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 3, 5 və 10 manat təşkil edir.
VİP sektorunun biletlərinin qiyməti isə 20-30 manatdır.
Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
0
0