![Azərbaycan komandasının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi](https://apasport.az/storage/news/2022/august/25/big/6306858de1a746306858de1a7516613717896306858de1a706306858de1a72.jpg)
Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.
Azərbaycan Minifutbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmizin təmsilçisinin turnirdəki rəqibləri də müəyyənləşib.
Püşkmatanın nəticəsinə əsasən “Beerbaşa” komandası EMF Çempionlar Liqasının B qrupunda ÇL-in ötənilki finalçısı və Rumıniya çempionatının gümüş mükafatçısı “AEK ORADEA”, Bolqarıstan təmsilçisi “DXC Technology” və Çexiya komandası “G.I.C. La Plate de Cünde Praha” ilə mübarizə aparacaq.
B qrupu:
“Beerbaşa”
“AEK ORADEA”
“DXC Technology”
“G.I.C. La Plate de Cünde Praha”
Artıq oyunların təqvimi də dəqiqləşib.
31 Avqust, I tur
“Beerbaşa” - “G.I.C. La Plate de Cünde Praha”
1 Sentyabr, II tur
“Beerbaşa” - “DXC Technology”
2 Sentyabr, III tur
“Beerbaşa” - “AEK ORADEA”