Azərbaycan Kuboku: "Neftçi" səfərdə ən çox qələbə qazanan komandadır
01.02.2024 - 10:24
“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun yetirmələri “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.
- Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
- Millətlər Liqasında fasilə öncəsi son oyunlar: 6 qrupda 12 matç
- Kişilər arasında ACF turunun ikinci yarışı keçiriləcək
- Nuri Şahinin “Borussiya”sı yenə məğlub oldu
- “Benfika” “Real”ın yetirməsini heyətinə qatıb
0
0