Azərbaycan millisinin sabiq baş məşqçisi Məşqçilər Komitəsində
11.04.2025 - 16:55
Azərbaycan millisinin sabiq baş məşqçisi Məşqçilər Komitəsində

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev AFFA-nın Məşqçilər Komitəsinə qayıdıb.

Apasport.az xəbər verir ki, Abdullayev artıq komitənin tərkibinə daxil olub.

Xatırladaq ki, təcrübəli mütəxəssis Məşqçilər Komitəsini 2023-cü ilin yayında I Liqa klubu “İmişli”ni çalışdırmaq üçün tərk edib.

Abdullayev “Şəfa”, “Bakı”, “Olimpik Şüvəlan”, “Turan”, “Araz-Naxçıvan”, “Neftçi” klublarını çalışdırıb.