![Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezident seçildi](https://apasport.az/storage/news/2023/june/20/big/6491e4a9de7db6491e4a9de7dc16872828576491e4a9de7d96491e4a9de7da.jpg)
Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.
ATF-dən apasport.az saytına verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.
ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Hikmət Səmədovun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib. Səsvermə nəticəsində Hikmət Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında digər təkliflər səsə qoyularaq qəbul edilib.