![Azərbaycanın 4 karateçisi Avropa çempionatının finalında](https://apasport.az/storage/news/2023/february/05/big/63dec2668c8a063dec2668c8a1167554314263dec2668c89d63dec2668c89e.jpeg)
Kiprin Larnaka şəhərində karate üzrə yeniyetmə və gənclərin Avropa çempionatında işirak edən milli komandamız yarışın son günü 4 qızıl və 4 bürünc medal uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən Gülay Orucova (54 kq), 16-17 yaşlı gənclər arasında Fərid Savadov (55 kq) və Aysu Əliyeva (59 kq), 21 yaşadək gənclərin yarışında isə Əminağa Quliyev (60 kq) final görüşünə çıxacaq.
14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov (kata), Fatimə Məmmədova (47 kq) və Rahib Əzim (+70 kq), eləcə də 21 yaşadək gənclərin yarışında Hüseyn Məmmədli (67 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.