Avrokubokların qrup mərhələsinin oyunlarını idarə edəcək Azərbaycan hakimlərinin adları bəlli olub.
Apasport.az saytı xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Baş hakim kimi təyinat alan Əliyar Ağayev və Elçin Məsiyevin briqadasının tərkibi müəyyənləşib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rakuv” (Polşa) – “Şturm” (Avstriya) qarşılaşmasında Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun var hakimləri niderlandlı Jeroen Manschot və Sergey Ervin Blankdır.
Konfrans Liqasının “Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) qarşılaşmasının baş hakimi olacaq Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.
Qeyd edək ki, hər iki matç oktyabrın 5-də keçiriləcək.
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- Ronaldonun komandasına transfer qadağası
- Ceyhun Sultanov: “Şəffaflıqdan söhbət gedirsə, bunu etməlidirlər” - MÜSAHİBƏ
- "Abşeron Lions" kapitanı ilə müqavilə müddətini uzadıb
- İsnik Alimi: “Qəbələ” daha güclü olacaq”