Babək Quliyev UEFA-dan təyinat alıb
21.10.2025 - 13:08
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.
Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.
B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.
Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.
- Qurban Qurbanov: "Futbolda bizim düşünmədiyimiz nəticələr də qeydə alına bilir"
- "Neftçi"nin keçmiş baş məşqçisinin yeni ünvanı rəsmiləşdi
- Rəcəbov və Məmmədyarovun FİDE reytinqində mövqeyi açıqlandı
- Güləşçilərimizdən dünya çempionatında 2 qızıl və 1 bürünc medal - FOTO
- Basketbol Liqasında pley-off oyunları başlayır
0
0