"Baku Sportinq"in futbolçusu mükafatlandırılıb
18.03.2026 - 15:47
"Baku Sportinq"in futbolçusu mükafatlandırılıb

I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq" futbol klubunun üzvü Elşən Abdullayev mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIX turun "Baku Sportinq" - "Mingəçevir" qarşılaşmasından əvvəl  Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.