“Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”.
Bunu apasport.az saytına Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
Azərbaycanda səfərdə olan almaniyalı funksioner paytaxtımızda keçirilən taekvondo üzrə dünya çempionatını izləmək üçün Kristal Zala gəlib. O, daha öncə mundialda iştirak edən qaçqınlardan ibarət komanda ilə görüşüb.
Bax dünya çempionatının təşkilindən məmnunluq ifadə edib. O bildirib ki, yarış təşkilatçılıq baxımından yüksək səviyyədədir: “Hər şey əladır. Azərbaycan Taekvondo Federasiyası hazırlığa çox ciddi yanaşıb. Baxıram ki, doğurdan da, bu, çox böyük yarışdır və barmaqlarımı birləşdirərək Azərbaycanın son gündə medal qazanması üçün uğurlar arzulayıram”.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatına iyunun 4-də yekun vurulacaq.
- “Arsenal” Edeqorla danışıqlara başladı
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- Dünya futbolunda şok itki: YAMAL MUNDİALI BURAXA BİLƏR
- "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO
- Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də