Bəhreyn Qran Prisinin qalibi müəyyənləşdi - MÖVSÜMDƏ 2-ci dəfə
13.04.2025 - 22:11

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula 1"in dördüncü mərhələsində - Bəhreyn Qran Prisində qalib gəlib.
Apasport.az xəbər verir ki, Onun komanda yoldaşı britaniyalı Lando Norris 3-cü yeri tutub. İkinci yerdə isə "Mercedes" komandasının pilotu britaniyalı Corc Rassel qərarlaşıb.
Pilot bu qələbə ilə bu mövsümkü 2-ci qalibiyyətini əldə edib.
Qeyd edək ki, Piastri "Formula 1"də dördüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində və bu mövsüm Çin Qran Prisində qalib gəlib.
- Emin Cəfərov Konfrans Liqası oyununa təyinat aldı
- Keçmiş Yuqoslaviya tarixinin simvolik “11-liy”i
- Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında protokol imzalanıb
- Azərbaycanlı futbolçular Rumıniya klubunun hədəfində
- Füzuli Musayev: "Rafael Ağayevin belə müsahibə verəcəyini gözləmirdim"
0
0