“Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
16.10.2024 - 14:58
![“Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb](https://apasport.az/storage/news/2024/october/16/big/670f9c4da49b5670f9c4da49b61729076301670f9c4da49aa670f9c4da49b4.jpg)
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində “Bodo Qlimt” (Norveç) ilə səfər oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Bodo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.
0
0