Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb.
Apasport.az xəbər verir k, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bu səbəbdən 2024/2025 mövsümündə Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar nəqliyyat vasitəsi ilə mümkün olacaq.
AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.
Qeyd edək ki, COP29 11-22 noyabr aralığında keçiriləcək.
- Azərbaycan xallarının sayını artırdı, Ermənistan gerilədi - UEFA reytinqi
- "Barsa" Frenki de Yonqa 500 milyon avro qiymət qoyub
- “Sumqayıt” – “Neftçi” matçının hakimləri bəlli olub
- ATF: Kişi və qadınlardan ibarət milli komandalara məşqçi təyinatları
- Elşad Quliyev: “Meydançada can qoymalısan ki, qələbə qazanasan”