Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”ə start veriləcək.
Apasport.az xəbər verir ki, yarışda 12 ölkədən 100-ədək idmançı mübarizə aparacaq.
Turnir Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.
Reqataya Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılacaqlar.
Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.
Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.
- Tərlan Əhmədov keçmiş futbolçularını istəyir
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Xabi Alonso üçün son şans: Derbiləri udmasa...
- İsmail Kartalın komandası kubokda məğlub oldu
- "Formula 1": Beynəlxalq KİV nümayəndələri üçün media tur təşkil edilib