“Çelsi” de Liqt uğrunda mübarizədə liderdir
16.06.2022 - 13:51
“Yuventus”un müdafiəçisi Mattiys de Liqt Avropanın bir sıra top-klublarının maraq dairəsindədir.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “Real”, “Barselona”, PSJ, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul”un gündəmindədir.
Buna baxmayaraq, “Çelsi” 22 yaşlı mərkəz müdafiəçisi uğrunda mübarizədə liderdir. London klubu transferdən ötrü yüksək məbləğ ayırsa da, turinlilər bunun qarşısını almaq üçün onun müqaviləsini 2026-cı ilə qədər uzatmağa çalışır.
Qeyd edək ki, Mattiys de Liqtin İtaliya klubu ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.
- Azərbaycan və San-Marino millilərinin ortaq şakəri, Niderland əks qütbdə
- Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib
- Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi keçiriləcək
- “Azərreyl”in İspaniya klubu ilə oyunlarının vaxtı dəqiqləşdi
- III MDB Oyunları: Yığmamız gümüş medal qazanıb
0
0