![Coy-Lens Mikels yenidən “Sabah”da](https://apasport.az/storage/news/2024/june/20/big/6673fd580bf166673fd580bf1717188775286673fd580bf146673fd580bf15.jpg)
“Sabah” sabiq futbolçusunu geri qaytarmağı bacarıb.
Apasport.az saytına verilən məlumata görə, Masazır klubu “Əl-Faysali”də oynayan Coy-Lens Mikelslə anlaşıb.
Almaniyalı futbolçu “Sabah”a qayıtmaq üçün ərəblərlə danışıq aparıb və sonda istəyinə çatıb.
Mikels “Sabah”dan ayrıldıqdan sonra “Əl-Faysali” ilə iki illik müqavilə imzalamışdı. İndiki halda daha bir illik müqaviləsi qüvvədə idi.
Səudi Ərəbistan klubu futbolçunun bu xahişini geri çevirməyib.
Mikels Səudiyyə Ərəbistanının 1-ci divizionunun başa çatan mövsümündə “Əl-Faysali” formasıyla çıxdığı 30 matçda 6 qol və 5 asistlə yadda qalıb.
Xatırladaq ki, 30 yaşlı futbolçu 2021-2023-cü illərdə “Sabah”da oynamışdı.