Cüdoçumuz Romada medal qazandı
12.03.2023 - 00:26
Cüdoçu Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb.
Apasport.az-ın məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən turnirin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
60 kq çəkidə yarışan cüdoçu Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Yarinqə qalib gəlib.
73 kq çəkidə mübarizə aparan cüdoçumuz İbrahim Əliyev isə yarışı 5-ci yerdə tamamlayıb.
- Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”
- 3 boksçumuz paytaxtda keçirilən turnirə qələbə ilə başladı
- “Valensiya”dan qələbə, “Atletiko” səfərdən xalsız qayıdır
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- Premyer Liqa: “Araz-Naxçıvan” – “Neftçi” matçının hakimi bəlli olub
0
0