Dadaşov komandasına qələbə qazandırdı
01.04.2023 - 01:52
![Dadaşov komandasına qələbə qazandırdı](https://apasport.az/storage/news/2023/april/01/big/64275924999dd64275924999de168030032464275924999db64275924999dc.jpg)
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniya Regionalliqasında komandasına qələbə qazandırıb.
Apasport.az-ın məlumatına görə, onun çıxış etdiyi "Şalke"nin 23 yaşadək komandası "Vupertal"ı 1:0 hesabı ilə məğlub edib.
Yeganə qolu 37-ci dəqiqədə Rüfət Dadaşov rəqib qapısından keçirib.
Bununla da "Şalke" U-23 komandasının 6 oyunluq qələbəsiz oyunlar seriyası sona çatıb.
0
0