Dadaşov məşqlərə başladı
22.11.2024 - 14:32
Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.
Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.
Qeyd edək ki, "Ankaragücü" 1-ci liqanın 13-cü turunda sabah səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.
- Tamblinq millimiz beynəlxalq turnirdə birinci yeri tutub
- “Atletiko”nun futbolçularına Premyer Liqadan təklif
- 40 milyondan çox qazandılar: Türkiyə klublarının UEFA gəliri
- AMADA “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
- Azərbaycan dünya reytinqinin daha 2 pillə gerilədi
0
0