Azərbaycanın daha dörd cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında 73 kiloqram çəki dərəcəsində İbrahim Əliyev ABŞ-dan olan Cek Yonezuka, Nəriman Mirzəyev rumıniyalı Aleksandru Rayku, 81 kiloqram çəkidə Ömər Rəcəbli türkmənistanlı Aqacan Ayxanov ilə qarşılaşacaq.
Qadınların mübarizəsində isə 63 kiloqramda Aytac Qardaşxanlı Flavya Favorini (İtalya) / Qabriella Moraes (Braziliya) görüşünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün yarışa qoşulan yığmanın səkkiz üzvü turniri medalsız başa vurub. Martın 3-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.
- Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
- Qalmaqallı həyat, tez-tez iş yeri dəyişən və təzminatla “Neftçi”də
- Musa Qurbanlı Qurban Qurbanovun nömrəsini ələ keçirdi
- Yüksək Liqa: Növbəti turun proqramı müəyyənləşib
- Türkiyəli hakim bu dəfə Çempionlar Liqası matçında "iz qoyub"