![Daha bir türk ağırlıqqaldıran qələbəsini Azərbaycana həsr etdi](https://apasport.az/storage/news/2023/april/18/big/643ef52b9edf7643ef52b9edf81681847595643ef52b9edf5643ef52b9edf6.jpeg)
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə güləşçisi qələbəsini Azərbaycana həsr edib.
Apasport.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kq ağırlıq qaldıraraq Avropa çempionu olub.
O həmçinin 2 kiçik medal qazanıb. 99 kq-la birdən qaldırmada qızıl, 120 kq-la təkanla qaldırmada bürünc medala layiq görülüb.
Təltifetmə mərasimindən sonra Nuray Güngör "TRT Spor Yıldız" telekanalına açıqlamasında bayraq qalmaqalına görə İrəvanı yarışmamış tərk etmiş Azərbaycan idmançılarını unutmayıb: "Onlar heç də pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq".
Xatırladaq ki, daha əvvəl 45 kq çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qamze Altun qələbələrini Azərbaycana həsr etdiklərini bildirmişdilər.
- Mövsüm başa çatdı: Formal oyunları "Neftçi" və "Qarabağ" qazandı - YENİLƏNİB
- “Apasport”dan 7 uduş, “Ödənişli” kuponlarda daha bir dubl
- "Zirə"nin futbolçusu: "Əlimizdən gələni edəcəyik"
- UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
- Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə