DÇ-2022-yə son vəsiqə sahibini tapdı
14.06.2022 - 23:53
DÇ-2022-nin sonuncu iştirakçısı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 32-ci komandası sonuncu qitələrarası pley-offda müəyyənləşib.
Kosta-Rika və Yeni Zelandiya Qətərdə üz-üzə gəlib. Qarşılaşmanın taleyini erkən qol həll edib.
Coel Kampbell 3-cü dəqiqədə Okeaniya təmsilçisinin qapısına yol tapıb. Bu qol kosta-rikalılara qələbə və mundiala vəsiqə qazandırıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- “Mançester Siti”nin mövsümdə ev oyunlarına biletlərin hamısı satıldı
- U-21 Belarus yığması ilə iki oyun keçirəcək
- Futbol yazarları İsveç yığmasını biabır etdilər
- Brett Kurtis: Azərbaycan Moldovanı məğlub edəcək
0
0