Di Mariya “Benfika”ya döndü
05.07.2023 - 23:28
Argentinalı futbolçu Anhel Di Mariya “Benfika”ya dönüb.
Apasport.az-ın məlumatına görə, o, azad agent kimi komandaya qoşulub.
Son mövsümü “Yuventus”da keçirən yarımmüdafiəçi bir illik müqavilə imzalayacaq. Sabah Di Mariyanın təqdimetmə mərasimi keçiriləcək. 35 yaşlı futbolçu 2007-2010-cu illərdə “Benfika”da çıxış edib.
Qeyd edək ki, 2022/23 mövsümündə Anhel bütün turnirlərdə 40 oyunda 8 dəfə fərqlənib.
- "Bavariya"nın ingilislə bağlı planları baş tutmadı
- Futbol yazarları İsveç yığmasını biabır etdilər
- Azərbaycanın 2 karateçisinə Misirdə "Grand Winner" mükafatı verildi
- Avropa çempionatının finalçısı növbəti mərhələdə - NƏTİCƏLƏR
- Vasili Berezutski: “Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan…”
0
0