Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında növbəti 2 oyun keçirilib.
Apasport.az xəbər verir ki, matçlardan biri Şamaxıda, digəri isə Yevlaxda baş tutub.
"Şamaxı OİK" stadionunda "Difai" "Mingəçevir"i qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Xaqani Məmmədov "Difai"nin baş məşqçisi kimi ilk matçına çıxıb. Hesabda 1:3 geriyə düşən Ağsu təmsilçisi hesabı 3:3-ə gətirərək matçdan 1 xal qopartmağı bacarıb.
Turun mərkəzi matçında isə "Karvan" "Qəbələ" ilə münasibətlərə aydınlıq gətirib. "Qırmızı-qaralar" minimal qələbə ilə liderliyə yüksəlib.
Birinci Liqa
28 noyabr
14:30. "Difai" - "Mingəçevir" 3:3
"Şamaxı OİK"
14:30. "Karvan" - "Qəbələ" 0:1
Yevlax şəhər stadionu
- "Neftçi" futbolçusu ilə yolları ayırıb
- III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib
- Federiko Koppitelli: "Əlavə vaxt və penaltilərə hazırıq"
- 40 min klubu olan ölkə: Futbolun beşiyinə səyahət
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB