Diniyevin yeni klubu müəyyənləşdi
02.06.2023 - 13:51
“Zirə”dən ayrılan Coşqun Diniyevin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə vidalaşan yarımmüdafiəçi paytaxtın digər təmsilçisinə keçməyə yaxındır.
28 yaşlı futbolçunun yeni mövsümə “Səbail”də başlayacağı gözlənilir. Coşqunin xidmətində atası Şahin Diniyev maraqlıdır. 57 yaşlı mütəxəssis oğlunu sərəncamında görmək istəyir. Yaxın günlərdə Coşqunun “Səbail”lə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Diniyev Premyer Liqanın son mövsümündə 30 matçda 2 qol vurub.
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
- "Turan Tovuz"un rəqibləri müəyyənləşdi
- Səyyad Dadaşov: “Hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı”
- “Turan”ın hücumçusu: "Azərbaycan Liqası mənə Braziliyanı xatırladır" - Müsahibə
- Canni de Byazi: “Həyat ona digər əli ilə nəyisə qaytaracaq”
0
0