3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.
Apasport.az xəbər verir ki, bu, ABF ilə Beynəlxalq Basketbol Federasiyası arasında imzalanmış müqaviləyə əsasən mümkün olacaq.
2025-ci il mayın 24-25-də Bakıda gerçəkləşəcək matçlarda 6 kişi və 6 qadın komandası əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
İştirakçılar arasında Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları da yer alacaqlar.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 millisi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
- “Valensiya” və “Xetafe” turu itkisiz başa vurdu
- “Yunayted” İsveç millisinin forvardını istəyir
- “Mançester Yunayted” azarkeşi “Qarabağ”a İNANIR
- Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"