Dünya və Avropa mükafatçısı mənzillə mükafatlandırıldı - FOTO
11.12.2022 - 22:45
![Dünya və Avropa mükafatçısı mənzillə mükafatlandırıldı - FOTO](https://apasport.az/storage/news/2022/december/11/big/63962562555276396256255528167078435463962562555256396256255526.jpeg)
Kikboksinq üzrə dünya və Avropa mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Camal Məmmədov mükafatlandırılıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, göstərdiyi gözəl nəticələrə görə, federasiyanın prezidenti Orxan Əliyev ona yeni mənzilin orderini təqdim edib.
Qeyd edək ki, daha öncə fevral ayında 2021-ci ildə dünya çempionu olduğu üçün Anar Məmmədova federasiya prezidenti tərəfindən avtomobil bağışlanmışdı.
0
0