FIFA referisi Elçin Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turunda keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.
İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, E.Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.
- Portuqaliya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
- Adil Şükürov "Neftçi"yə getməsi barədə: "Heç bir çətinlikdən qorxmuram"
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- Azərbaycan güləşçiləri "Asiya Uşaqları" Oyunlarında 3 medal qazanıb
- Vadim Kuramşın: “Rəqibin adı önəmli deyil”